2019

    2018-ci ilin ilk rübündə 2 beynəlxalq layihə qəbul edilmiş, 2018-ci ilin aprel ayından layihələrin icrasına başlanılmış, bu layihələr üzrə işlər 2019-cu ildə davam etdirilmişdir. Bu il birinci layihə üzrə – Polimer Materialları İnstitutu və Belarus MEA-nın Metalpolimer Sistemlərin Mexanikası İnstitutunun əməkdaşlarından təşkil olunmuş elmi yaradıcı kollektiv tərəfindən hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2+-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinə təqdim edilən (EİF-BGM-3-BRFTF-2+/2017) “Polibutenin polipropilenlə və etilenin okten və heksenlə birgəpolimerləri ilə qarışıqlarının ekstruziya prosesində funksionallaşdırılması” (layihə rəhbəri: AMEA-nın m/ü., k.ü.e.d., prof. Abasqulu Quliyev və həm-rəhbər: BMEA-nın m/ü., texn.ü.e.d., prof. S.S.Pesetski) layihəsi üzrə tələb olunan tədqiqatlar aparılmışdır. (24 ay–80000 manat)

    İkinci layihə üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Bolqarıstan Elmlər Akademiyası arasında imzalanmış Əməkdaşlıq Müqaviləsi üzrə Müştərək Proqram çərçivəsində AMEA elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün elan edilən layihə müsabiqəsinə təqdim edilən “Ekstruziya zamanı poliolefin əsaslı nanokompozitlərin mexaniki-kimyəvi sintezi, onların fiziki-kimyəvi və fiziki-mexaniki xassələrinin tədqiqi, sənayenin müxtəlif sahələrində istifadəsinin proqnozu” (layihə rəhbəri: k.ü.e.d., prof. Nəcəf Qəhrəmanov və həm-rəhbərlər: Bolqarıstan Elmlər Akademiyasının Polimer İnstitutunun direktoru, k.ü.f.d., dosent Neli Koseva və k.ü.f.d. V.Sinigerski) layihəsi üzrə birgə tədqiqatlar aparılmışdır. (3 il – ezamiyyət xərclərini hər iki tərəf ödəyir.) Tədqiqatlar nəticəsində 3 məqalə və 2 məruzə tezisi nəşr edilmişdir.