Laboratoriyalar
2.1. Makromonomer əsaslı polimer materiallar laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 219) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. Məmmədova Aynurə Fəxrəddin qızı |
İşçilərin ümumi sayı | 12 |
Əsas fəaliyyət istiqamətləri | Poliеtilen ve polipropilen əsasında makromerlərin sintezi, onlarin xassələrinin və tətbiq sahələrinin öyrənilməsi; Akrilat tipli yeni makromerlərin sintezi və polimerləşməsi reaksiyalarının tədqiqi; Borüzvi makromerlərinin və polimerlərinin sintezi və onların xassələrinin tədqiqi. |
Əsas elmi nəticələri | Makromerlərin səmərəli sintez üsullarının işlənib hazirlanması; Alınan makromerlərin polimerləşmə və birgəpolimerləşmə reaksiyalarının qanunauyğunluqlarının öyrənilməsi; Makromerlər əsasında alınmış polimer materialların xassələrinin öyrənilməsi və tətbiq sahələrinin müəyyənləşdirilməsi. |
2.10. Nanopolimer kompozitlər laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 319), (+994 50) 573 06 37 |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | kurbanova.nushaba@mail.ru, ipoma@science.az. |
Struktur bölmənin rəhbəri | k.e.d. Qurbanova Nüşabə İsmayıl qızı |
İşçilərin ümumi sayı | 11 |
Əsas fəaliyyət istiqamətləri | İnstitutda sintez olunmuş və sənayedə istehsal olunan polimerlər əsasında polimer nanokompozitlərin (o cümlədən, özündə müxtəlif təbiətli nanoölçülü metallar və metal birləşmələri saxlayan kompozitlərin) alınması, xassələrinin öyrənilməsi və tətbiq üçün tövsiyələrin verilməsi nəzərdə tutulur. |
Əsas elmi nəticələri |
2.11. Polimer materiallarının təkrar emalı və ekologiyası laboratoriyası |
---|
Tel. | (+994 18652 10 27 (əlavə 330) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | valeh_ani@mail.ru |
Struktur bölmənin rəhbəri | AMEA-nın m.ü., k.e.d., prof. Cəfərov Valeh Cabbar oğlu |
İşçilərin ümumi sayı | 10 |
Əsas fəaliyyət istiqamətləri | Polimer materiallarının istehsalı, emalı və istifadəsi zamanı əmələ gələn yan məhsullar, təkrar emal xammalı və s. ətraf mühitdə ekoloji problemlər yaradan amillərin aradan qaldırılması məqsədi ilə, onları təkrar emal prosesinə cəlb etməklə yüksək keyfiyyətli istismar göstəricilərinə malik kompozisiya materiallarının yaradılmasının elmi əsaslarla işlənilməsi, məqsədyönlü müvafiq tətbiq sahələrinin təyini laboratoriyanın əsas fəaliyyət istiqamətidir. Bu məqsədlə müxtəlif təkrar emal polimer xammalın fiziki-kimyəvi yolla modifikasiyası, təbii süxurlar və onların atqılarını cəlb etmək, potensial kompatbilizator-appret xassələrinə malik ionomerlərin sintezi və alınan məhsulların elmi əsaslarla geniş istifadə olunmasıdır. Tədqiqatlarda sadalanan proseslərdə texnoloji və morfoloji dəyişikliklərin qanunauyğunluqlarının öyrənilməsinə xususi diqqət yetirilir. |
Əsas elmi nəticələri | Malein anhidridinin homo- və sopolimeri, sintez edilmiş, alınmış sopolimerlərin, appret, antipiren, örtükəmələgətirici və fotokimyəvi xassələri ətraflı tədqiq edilmişdir. Təkrar xammalın əsasında konstruksion materiallar yaradılmasında yerli təbii süxurların-vulkanik məhsulların perspektliyi müəyyən olunmuşdur. Aparılan tədqiqatlarda polimer kompozisiyaların yaradılması zamanı doldurulmuş sistemlərdə yeni “sinergik” effekti müəyyən edilmişdir. Propilen oksidin istehsalında əmələ gələn yan məhsullar – ağır piroliz qatranının və digər yan məhsulların əsasında amin tərkibli bərkidicilər və səthi aktiv xassəli məhsulların alınması işlənib, onların neftçıxarmada istifadə olunan sulu laylardan “neft sıxışdırıcı” xassəyə malik olduğu müəyyən edilmişdir. Poliolefinlərin əsasında polimer və oliqomer quruluşlu modifikatorların istifadəsi ilə yeni polimer elektret materiallar yaradılmış və tədqiq edilmişdir. Bu tədqiqat istiqamətinin nəticələri polimer təkrar xammalın texnoloji xassələrinin yaxşılaşdırması aşkar edilmişdir. |
2.12. Biomimetik polimer materiallar laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 422) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | sevil.mashayeva@gmail.com |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. Maşayeva Sevil Saleh qızı |
İşçilərin ümumi sayı | 7 |
Əsas fəaliyyət istiqamətləri | Təbii və sintetik xammal əsasında təbiətdə mövcud olan superhidrofob, superhidrofil, oleofob və supermöhkəm polimer materialların analoqlarının yeni alınma üsullarının işlənib hazırlanması və tətbiq üçün tövsiyyələrin verilməsi. |
Əsas elmi nəticələri |
2.13. Yüksək şaxələnmiş polimerlər laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 423) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. Aslanova Elnarə Telman qızı |
İşçilərin ümumi sayı | 9 |
Əsas fəaliyyət istiqamətləri | Laboratoriyanın elmi-tədqiqat işlərinin əsas istiqaməti epoksi- və sulfoimid tərkibli aromatik monomerlər və oliqomerlər əsasında yüksək şaxələnmiş polimerlərin və onların istifadəsi ilə perspektiv polimer materiallarının yaradılmasıdır. |
Əsas elmi nəticələri | Epoksid qatranları üçün amintərkibli bərkidicilərin sintezi sahəsində elmi-tədqiqat işləri aparılmış, dien- və olefin karbohidrogenlər əsasında amin tərkibli alifatik bərkidicilər alınmışdır. Sintez edilmiş aminlərin korroziya inhibitorları və antimikrob maddələr kimi yararlı olmaları müəyyən edilmişdir. Həmçinin azottərkibli yüksək epoksid ədədinə malik epoksid qatranı və doymamış epoksid oliqomerləri alınmışdır. Yüksək temperatura (300-400ºC) və radiasiyaya davamlı sulfotərkibli imidlər, poliefiroimidlər və poliamidoimidlər sintez edilmiş, eyni zamanda onların antipiren xassəyə malik olması aşkar edilmişdir. |
2.14. Aqrokimya təyinatlı polimer materiallar laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 322) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az. |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. Qaramanov Əmiraslan Məhəmməd oğlu |
İşçilərin ümumi sayı | 9 |
Əsas fəaliyyət istiqamətləri | Müxtəlif aqrokimya təyinatlı polimerlərin alınmasının və istifadəsinin səmərəli üsullarının işlənib hazırlanması və tətbiq üçün tövsiyyələrin verilməsi |
Əsas elmi nəticələri | Aqrokimya təyinatlı polimerlərin sintezi sahəsində tədqiqatlar aparılır. |
2.15. Polimerlərə kimyəvi əlavələr və polimer gellər laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 320) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az. |
Struktur bölmənin rəhbəri | k.e.d. Kərimov Əliverdi Xankişi oğlu |
İşçilərin ümumi sayı | 7 |
Əsas fəaliyyət istiqamətləri | Polimerlərin və polimer kompozisiya materiallarının istismar xassələrini yaxşılaşdıran yeni kimyəvi əlavələrin alınma üsullarının işlənib hazırlanması və onların iştirakı ilə rəqabətəqabil polimer kompozisiyaların, o cümlədən praktiki əhəmiyyətli polimer gellərin yaradılması və tətbiq üçün tövsiyyələrin verilməsini əhatə edir. |
Əsas elmi nəticələri | Laboratoriyanın əməkdaşları tərəfindən 118 məqalə çap olunmuş və 90-na qədər müəlliflik şəhadətnaməsi, o cümlədən 2 patent alınmışdır. |
2.2. Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 214) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az |
Struktur bölmənin rəhbəri | k.ü.f.d., dosent Rzayeva Solmaz Əhməd qızı |
İşçilərin ümumi sayı | 10 |
Əsas fəaliyyət istiqamətləri | Laboratoriyanın elmi istiqaməti tozvari maddələrin dənəvərləşdirilməsi, onların təbii polimerlərin suda həll olan, bioloji parçalanan törəmələri ilə kapsullaşdırıl¬ması proseslərinin elmi əsaslarının işlənib hazırlanma¬sı, bu proseslərin aparatur tərtibi ilə əlaqədar elmi konsepsiyanın yaradılması, sellülozanın törəməsi olan kapsuləmələgətirən karboksimetilsellülozanın natrium, kalium və ammonium duzlarının pambıqtəmizləmə zavodlarının tullantılarından alınması proseslərinin texnoloji əsaslarının yaradılmasından ibarətdir. Laboratoriyada kimya texnologiyasının nəzəri əsas¬ları, riyazi modelləşdirilməsi istiqamətində elmi işlər hal-hazırda da davam etdirilir. Tozvari maddələrin nəmləşdirilməsi, dənəvərləşdirilməsi, qurudulması pro¬seslərinin elmi əsasları və riyazi modelləri yaradılmış¬dır. Bu istiqamətdə əksaxınlı maili arakəsməli borutipli quruducu ixtira edilmiş və onun əsasında yüksək nəm¬likli maddələrin qurudulması üçün kombinə edilmiş sistem təklif olunmuşdur. Laboratoriyada təbii polimer¬lərlə gübrə dənələrinin kapsullaşdırılması istiqamə¬tində tədqiqatların aparılması hal-hazırda davam etdiri¬lir. Bu sahədə kapsuləmələgətirən polimerlərin yeni nəsli kimi karboksimetilsellülozanın natrium, kalium və ammoni¬um duzlarının sintez proseslərinin tullantısız texnologi¬yası yaradılmışdır. Həmin polimerlərlə gübrə dənələri¬nin kapsullaşdırılmasında polimer örtük iki funksiya yerinə yetirir. Bununla yanaşı “qaynar lay” və baraban tipli aparatlarda dənələrin üzərində, onların forması nəzərə alınmaqla, polimer örtüyün əmələ gəl-məsi və qalınlaşması proseslərinin kinetik qanunauyğunluqları öyrənilmiş və riyazi modeli tərtib olunmuşdur. Tozvari maddələrdən “qaynar lay” aparatında hissəciklərin toqquşması nəticəsində dənələrin əmələ gəlməsi və böyüməsinin nəzəri əsasları yaradılmış və riyazi modeli tərtib edilmişdir. |
Əsas elmi nəticələri | Əsas elmi nəticələri Karboksimetilsellülozanın natrium, kalium və am-monium duzlarının pambıq tullantılarından sintezi və onlarla gübrə dənələrinin kapsullaşdırılması prosesləri-nin elmi əsasları yaradılmışdır. Laboratoriyanın elmi işlərinin nəticələri bir monoqrafiyada, 140 elmi məqalə və tezisdə öz əksini tapmış, 20 müəlliflik şəhadətnaməsi və patentlərin alınmasını təmin etmişdir. Gələcək işlərimizdə təbii polimerlərdən əhəmiyyətli materialların alınma texnologiyasının yaradılması nəzərdə tutulur. |
2.3. Funksional “smart” polimerlər laboratoriyasi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 220) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | abasgulu@yandex.ru |
Struktur bölmənin rəhbəri | AMEA-nın m.ü., k.e.d., prof., Əməkdar elm xadimi Quliyev Abasqulu Məmməd oğlu |
İşçilərin ümumi sayı | 10 |
Əsas fəaliyyət istiqamətləri | Yeni konyuqə edilmiş və izolə olunmuş funksionaləvəzli viniltsiklopropan monomerlərinin sintezi, onların əsasında funksional polimerlərin əmələgəlmə və çevrilmə proseslərinin kompleks tədqiqi; “quruluş-xassə” asılılığının əsaslı surət¬də öyrənilməsi; funksionaləvəzli polipentenamerlərin əmələgəlmə konsepsiyasının yaradılması; alınan polimerlər əsasında kompozisiya materiallarının hazır-lanması; viniltsiklopropanların birləşmə, telomerləşmə və polimerləşmə reaksiyalarının mexanizmlərinin tədqiqi; alınmış adduktların, telomerlərin, homo- və sopolimerlərin iştirakı ilə hazırlanmış kompozisiya ma¬teriallarının quruluş və xassələrinin öyrənilməsi; karbo- və heterozəncirli polimerlərin sintezi, onların əsasında yüksək həssaslığa malik foto- və elektronrezistlərin hazırlanması; poliolefinlərin və doymamış elastomerlə¬rin funksionallaşdırılması proseslərinin tədqiqi və müxtəlif təyinatlı kompozisiya materiallarının hazırlanması. |
Əsas elmi nəticələri | Funksionaləvəzli viniltsiklopropanların polimerləşmə və birgəpolimerləşmə reaksiyaları tədqiq edilmiş və onların ikimərhələli izomerləşmə ilə gedən mexanizmi təklif olunmuşdur. Karbo- və heterozəncirli polimerlərin, o cümlədən foto- və elektron rezistlərin hazırlanması üçün şüa və elektron selinə həssas polimerlərin sintezi və modifikasiyası üsulları işlənib hazırlanmış; sənayedə istehsal olunan poliolefinlərin və doymamış elastomerlərin funksionallaşdırılması həyata keçirilmiş; poliolefin və polialkadiensulfonlar, yan zəncirində tsiklopropan qrupları saxlayan rezistlər kimi yararlı polimerlər, kompozisiya materialları üçün əlaqələndirici reaksiyayaqabil doymamış epoksioliqomerlər işlənib hazırlanmışdır. Laboratoriya kollektivi öz fəaliyyəti dövründə 400-dən artıq elmi əsər nəşr etdirmiş, 20-dən artıq elmlər namizədi və elmlər doktorları hazırlamışdır. |
2.4. Elektro- və bioaktiv polimer materialları laboratoriyası |
---|
Tel. | (+994 12) 585 11 65; (+994 18) 652 10 27 (əlavə 224) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az |
Struktur bölmənin rəhbəri | AMEA-nın m.ü., k.e.d., prof. Məmmədov Bəxtiyar Əjdər oğlu |
İşçilərin ümumi sayı | 10 |
Əsas fəaliyyət istiqamətləri | Funksionaləvəzli aromatik polikonyuqə olunmuş əlaqələr sistemli yüksəkmolekullu birləşmələrin sintezi metodlarının işlənib hazırlanması və onların əsasında termiki davamlı, yüksək mexaniki möhkəmlik, elektrikkeçirmə və bioaktivlik xüsusiyy'tlərinə malik polimer materialların yaradılması, onların alınma qanunauyğunluqlarının, xasələrinin və praktiki tətbiq imkanlarının müəyyən edilməsi. |
Əsas elmi nəticələri | Xinonların polimerləşməsi və bir sıra vinil mono-merləri ilə sopolimerləşməsi, fenolların, difenolların, naftolların və aromatik aminlərin oksidləşmə homo- və sopolikondensləşməsi reaksiyalarının kinetik qanu-nauyğunluqları və məhsulları tədqiq olunmuş, bu proseslərin elmi əsasları yaradılmış, mexanizmləri müəyyən edilmiş, aromatik polikonyuqə olunmuş əlaqələr sistemli polifunksional reaksiyayaqabil yük-səkmolekullu birləşmələr sintez olunmuş, onların sənayedə istehsal olunan termoplastlarla, elastomer-lərlə və qatranlarla stabil və yüksək elektrikkeçirici və bioaktiv kompozisiyaları, o cümlədən nanokompozisi-yaları işlənib hazırlanmışdır. Laboratoriyanın fəaliyyəti dövründə 500-dən çox elmi əsər dərc etdirilmiş, 25-dən çox kimya elmləri namizədi və kimya üzrə fəlsəfə doktoru, 4 kimya elmləri doktoru dissertasiya işləri müdafiə edilmişdir. Laboratoriyanın əməkdaşları 4 qrant layihəsinin yerinə yetirilməsində iştirak etmişdir. |
2.5. Xüsusi təyinatli oliqomerlər və polimerlər laboratoriyasi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 223) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | vaqifaziz@mail.ru |
Struktur bölmənin rəhbəri | k.e.n. Cəfərov Vaqif Əziz oğlu |
İşçilərin ümumi sayı | 7 |
Əsas fəaliyyət istiqamətləri | Laboratoriyanın elmi istiqaməti tərkibində epoksid-, episulfid-, tiokarbamid-, amin-, halogen-, fosfor-, bor- və silisium saxlayan çoxfunksiyalı polielektrolit oliqomerlərin, xüsusi təyinatlı komponentlərin, polimer və nanokompozitlərin texnoloji prosesinin işlənib hazırlanmasından ibarətdir. Laboratoriyanın perspektiv istiqamətlərində sintez olunmuş yeni oliqomerlər və kompozit materiallar kosmik texnikada, atom elektrostansiyalarında, aviasiya, gəmiqayırma və xüsusi texnikada nanokompozit materialların alınması sahəsində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur. |
Əsas elmi nəticələri | Laboratoriyada çoxfunksiyalı oliqomerlər sintez edilmiş, molekul kütlələri öyrənilmiş, quruluş xü-susiyyətləri müəyyənləşdirilərək, tətbiq sahələri araşdırılmışdır. Yeni oliqomerlərin alınması xüsusi texnikada texnoloji proseslərin işlənib hazırlanmasında mühüm əhəmiyyət kəsb edirlər. Müəyyən edilmişdir ki, çoxfunksiyalı polielektrolit oliqomerlər dağ-mədən filizlərinin emalı zamanı əmələ gələn axar çirkab sula¬rının zərərsizləşdirilməsində ekoloji cəhətdən mühüm əhəmiyyətlidirlər. Bu oliqomerlər əsasında alınan kompozit materiallar radiasiya şüalarını udma qabiliyyətinə malikdirlər. Alınmış oliqomerlər xüsusi texnikada nanodispers metal tozları üçün bağlayıcı material kimi istifadə olunmuş və sənayedə istehsalı tövsiyyə edilmişdir. |
2.6. Heterotsiklik birləşmələr laboratoriyası |
---|
Tel. | (+994 18) (+994 18) 652 10 27 (əlavə 325) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | mshatirova@mail.ru |
Struktur bölmənin rəhbəri | k.ü.f.d., dosent Şatirova Məhruzə İsmail qızı |
İşçilərin ümumi sayı | 7 |
Əsas fəaliyyət istiqamətləri | Təbii fizioloji fəal heterotsiklik birləşmələrin struktur analoqlarının alınmasının effektli üsullarının işlənməsi, çevrilmələri, farmakoloji fəallığının öyrənilməsi və onların əsasında dərman maddələrinin yaradılması |
Əsas elmi nəticələri | 4-Halogen- və 3,4-dihalogen-2-buten-1-onların alınmasının effektli üsulları işlənmiş və onlar əsasında heterotsiklik birləşmələrin alınmasının ümumi prinsipləri öyrənilmişdir. Pirrolun molekulunda 1–, nikotin turşusunun 4–, həmçinin pirazolun və izoksazolun isə 5– vəziyyətdə müxtəlif funksional və farmakofor qruplar saxlayan törəmələrinin alınmasının birmərhələli üsulları işlənmiş, onların məqsədyönlü çevrilmələri aparılmış, əmələ gəlmə mexanizmləri təklif olunmuş və bioloji fəallıqları öyrənilmişdir. |
2.7. Poliefir- və polikarbonat materiallar laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 324) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | agamustafayev@mail.ru |
Struktur bölmənin rəhbəri | k.e.d., prof. Mustafayev Ağa Məmməd oğlu |
İşçilərin ümumi sayı | 9 |
Əsas fəaliyyət istiqamətləri | Alifatik sıra şaxələnmiş epoksid-,epoksi(met)akrilat poliefirlərinin, polikarbonatların sintezi, yüksək istismar xassələrinə malik polimer kompozisiya materiallarının yaradılması və tətbiq üzrə tövsiyyələrin verilməsi. |
Əsas elmi nəticələri | Qliserinlə karbamidin metal oksidlərinin iştirakı ilə reaksiyasından qliserin karbonatın alınması, sonuncuya (met)akrilat turşusu (və ya xloranhidləri) ilə təsir etməklə qliserin karbonatın (met)akrilat oliqomerlərinin sintezi, polimerləşməsi və alınan polimerlərin tədqiq olunması, həmçinin öncədən sintez olunmuş qliserinin üçqlisidil və polioksixlorpropilen üçqlisid oliqoefirləri ilə CO2-nin qarşılıqlı reaksiyası əsasında qliserin karbonatların və onların əsasında metakrilat oliqomerlərinin sintezi, polimerləşməsi və yüksək fiziki-mexaniki göstəricilərə malik materialların alınması nəzərdə tutulur. |
2.8. Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyası |
---|
Tel. | (+994 50) 652 10 27 (əlavə 323) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | najaf1946@rambler.ru |
Struktur bölmənin rəhbəri | k.e.d., prof. Qəhrəmanov Nəcəf Tofiq oğlu |
İşçilərin ümumi sayı | 12 |
Əsas fəaliyyət istiqamətləri | Laboratoriyanın əsas elmi-istiqamətlərinə aşağıdakılar daxildir: -neft və neft məhsullarını su səthindən təmizləmək məqsədilə effektiv köpüklənmiş polimer sorbentlərin alınması, tədqiqi və tətbiqi; -poliolefinlərin polyar monomerlərlə mexaniki-kimyəvi modifikasiyası və emalı texnologiyasının tədqiqi; -mexaniki-kimyəvi sintez üsulu ilə polimer qarışıqları əsasında kompozisiya materiallarının alınması və emalı texnologiyasının tədqiqi; -polimer və mineral doldurucular əsasında kompozitlərin alınması, tədqiqi və emalı; -poladın korroziyadan mühafizəsi məqsədi ilə aqressiv mühitə davamlı olan polimer örtüklərin işlənilməsi. |
Əsas elmi nəticələri | Su və torpaq səthindən neft və neft məhsullarınının təmizlənməsi üçün Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşları ilə birgə yüksək effektivli hidrofob köpüklənmiş polimer sorbentlər işlənib hazırlanmışdır. Neft məhsullarının sorbsiyasına sorbentlərin həcmi kütləsinin, dəliklərin ölçüsünün selektiv təsiri tədqiq edilmişdir. Qəhrəmanov N.T. 235 elmi əsərin müəllifidir, o cümlədən 2 monoqrafiya, 40 patent və müəlliflik şəhadətnamənin. Onun rəhbərliyi altında 6 elmlər namizədi və 1 elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. |
2.9. İşiğahəssas və optiki şəffaf polimer materialları laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 425) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az |
Struktur bölmənin rəhbəri | k.e.d. Quliyev Kazım Qafar oğlu |
İşçilərin ümumi sayı | 8 |
Əsas fəaliyyət istiqamətləri | Laboratoriyanın elmi fəaliyyət istiqaməti funk¬sionaləvəzli tsiklopropan tərkibli vinil monomerlərinin sintezi, homo- və onların stirol, metilmetakrilat, konyuqə olunmuş dienlər və digər monomerlərlə birgə polimerlərinin alınması, onların əsasında yüksək fotohəssaslığa və optiki şəffaflığa malik polimer materiallarının yaradılması və tətbiqini əhatə edir. Laboratoriyanın fəaliyyəti dövründə yeni sinif tsiklopropan tərkibli vinil monomerlərinin effektli sintez üsullarının işlənib hazırlanması və onların əsasında reaksiyayaqabil funksional aktiv polimerlərin alınması, radikal homo- və birgəpolimerləşmə reaksiyalarında bu tip monomerlərin quruluşu ilə reak¬siyayagirmə qabiliyyəti arasındakı asılılıqların, yük¬səkmolekullu birləşmələrin əmələgəlmə proseslərinin qanunauyğunluqlarının və onların mexanizmlərinin müəyyən edilməsi istiqamətində elmi tədqiqat işləri aparılmışdır. |
Əsas elmi nəticələri | Fəaliyyəti dövründə laboratoriyada funk¬sionallaşdırılmış tsiklopropan fraqmenti saxlayan monomerlərin və onların əsasında fotohəssas və zərbəyə davamlı optiki xassələrə malik polimerlərin səmərəli sintez metodlarının işlənməsi istiqamətində tədqiqatlar aparılmışdır. Müəyyən edilmişdir ki, tərkibində funk¬sionallaşdırılmış tsiklopropan fraqmenti saxlayan polimerlər xassə etibarı ilə çoxtəyinatlı ola bilər. Onların əsasında alınan polimerlər işığa və elektron selinə qarşı həssas olmaqla yanaşı, həm də bioloji aktivliyə, zərbəyə davamlılığa, yüksək optiki şəffaflığa və fotohəssaslığa də malikdirlər. Şüalanma mənbəyinin (UB və yaxud rentgen) və elektron selinin təsiri nəticəsində tsiklopropan tərkibli polimerlər üçölçülü şəbəkə strukturu əmələgətirmək qabiliyyətinə malik olan neqativ tipli rezist materiallardır. Yeni sintez edilmiş yüksək litoqrafik və optiki şəffaflığa malik polimerlərin mikroelektronikada və optikada istifadə olunma imkanları tədqiq olunmuşdur. |
Fiziki-kimyəvi analiz laboratoriyası |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 215) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | nelly1949@yandex.ru |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. İşenko Nelli Yakovlevna |
İşçilərin ümumi sayı | 7 |
Əsas fəaliyyət istiqamətləri | İnstitutda yeni sintez olunmuş birləşmələrin müasir fiziki-kimyəvi üsullarla öyrənilməsi |
Əsas elmi nəticələri | "Xassə-quruluş" asılılığının müəyyən edilməsi və məqsədli məhsulun xassələri haqqında məlumatların verilməsi barədə |
Şöbələr
3.1. Elmi-texniki informasiya və telekommunikasiya şöbəsi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 226) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ndilbar@list.ru |
Struktur bölmənin rəhbəri | Nurullayeva Dilbər Ruşan qızı |
İşçilərin ümumi sayı | 9 |
Əsas fəaliyyət istiqamətləri | Şöbə elmi-texniki və internet informasiya məlumatlarının toplanması, tərcüməsi, analizi, müvafiq elektron bazasının yaradılması və genişləndirilməsi, informasiya bülletenlərinin və toplularının buraxılması, institut alimləri ilə dünya alimləri arasında İnternetlə qarşılıqlı elmi əlaqələrin yaradılması; İnstitut alimlərinin əsərlərinin nəşrə hazırlanması məsələlərinin həlli üzrə fəaliyyət göstərir. |
Əsas elmi nəticələri |
3.2. Patent tədqiqatlari və innovasiya şöbəsi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 109), (+994 50) 310 14 99 |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | gulnara.qasimova.68@mail.ru |
Struktur bölmənin rəhbəri | Qasımova Gülnarə Şəmsəddin qızı |
İşçilərin ümumi sayı | 3 |
Əsas fəaliyyət istiqamətləri | Şöbə institutun əsas mövzuları üzrə aparılan elmi-tədqiqat işlərinin hüquqi mühafizəsi, patent tədqiqatlarının aparılması, innovasiya sənədlərinini hazıranması və təqdimatı, Respublika və Beynəlxalq miqyaslı sərgilərin təşkili istiqmətində fəaliyyət göstərir. |
Əsas elmi nəticələri | Patentlər. İnnovasiya sənədləri. Sərgilər. |
Beynəlxalq/ ictimaiyyətlə əlaqələr və qrant lahiyələri şöbəsi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 104) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az |
Struktur bölmənin rəhbəri | İmanova Esmira Kamil qızı |
İşçilərin ümumi sayı | 3 |
Əsas fəaliyyət istiqamətləri | Beynəlxalq/ ictimaiyyətlə əlaqələr və qrant lahiyələri şöbəsi Polimer Materialları İnstitutunun yeni quruluşunda 2015-ci ildən fəaliyyətə başlamışdır. Şöbə Beynəlxalq əlaqələrin yaradılması, institutun fəaliyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə AMEA- nın ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinə müvafiq məlumatların ötürülməsi, elm fondlarının beynəlxalq və daxili qrant lahiyələri haqqında məlumatlarının toplanması, analizi ilə məşğul olur, onların tərtibatı və təqdimatı sahəsində institut əməkdaşlarına köməklik göstərir. |
Əsas elmi nəticələri |
Elm və tədris mərkəzi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 220) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | shahnazarli@mail.ru |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. Şahnəzərli Rita Zeynal qızı |
İşçilərin ümumi sayı | 7 |
Əsas fəaliyyət istiqamətləri | Tədris prosesi ilə elmi-tədqiqat işlərinin koordinasiyasının təmin edilməsi; kimya elminin tələbə və magistrantlar arasında kütləviliyinin artırılması məqsədilə onların seminar, konfrans və konqreslərdə iştirakının təmin edilməsi, əldə olunan elmi nəticələrin praktikada tətbiqinin təşkili; tələbə və magistrantların elmi-tədqiqat işlərinə cəlb edilməsi, onlarda elmi biliklərin və vərdişlərin yaradılması; kimya sahəsində əldə edilən elmi nailiyyətlərin və innovativ texnologiyaların tədris prosesində istifadə edilməsi; aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi; elm, təhsil və istehsalın inteqrasiyasının təmin edilməsi, tələbə və magistrantların elmin və istehsalatın yenilikləri və informasiyaları ilə məlumatlandırılması; tələbə və magistrantların peşə fəaliyyətində və elmi-tədqiqatların aparılmasında faydalı olan bilik, bacarıq və praktiki vərdişlərinin formalaşdırılması; universitet və İnstitut arasında aparılan birgə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi, kadr hazırlığında olan əlaqələrin daha da gücləndirilməsi. |
Əsas elmi nəticələri |
Polimer materiallarinin fiziki-mexaniki tədqiqatlari şöbəsi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 101) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az. |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. İsmayılov İsmayıl Əliş oğlu |
İşçilərin ümumi sayı | 4 |
Əsas fəaliyyət istiqamətləri | İnstitutun laboratoriyaları tərəfindən təqdim olunan yeni polimerlər və onların modifikasiya edilmiş törəmələri əsasında müvafiq reseptlərə uyğun olaraq polimer kompozitlərin hazırlanması və onların fiziki-mexaniki xassələrinin öyrənilməsi. |
Əsas elmi nəticələri | Polimer kompozisiya materiallarınin sınaqdan keçilməsi tərkib və xassələri arasındakı asılılığın müəyyən edilməsi. |
Texniki-iqtisadi hesablamalar və layihələşdirmə şöbəsi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 225) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | ipoma@science.az. |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. Alxazov Tahir İsa oğlu |
İşçilərin ümumi sayı | 2 |
Əsas fəaliyyət istiqamətləri | Polimer Materialları İnstitutunun quruluşunda yeni yaradılmış və Baş mühəndisin tabeliyində olan bu şöbə İnstitutda işlənib hazırlanmış və hazırlanacaq praktiki əhəmiyyətli proseslərin texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi və texnoloji proseslərin müvafiq kompüter proqramlarının köməyi ilə layihələşdirilməsi məsələlərinin həllini həata keçirmək üçün nəzərdə tutulmuşdur. |
Əsas elmi nəticələri |
Təhsil şöbəsi |
---|
Tel. | (+994 18) 652 10 27 (əlavə 233) |
---|---|
Faks | (+994 18) 642 04 00 |
Elektron poçtu | chalabiyeva@yandex.ru |
Struktur bölmənin rəhbəri | k.ü.f.d. Çələbiyeva Almaz Zülfiqar qızı |
İşçilərin ümumi sayı | 2 |
Əsas fəaliyyət istiqamətləri | Yüksək ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin inteqrasiyasına daha səmərəli nail olmaq məqsədilə maqistrlərin elmi fəaliyyətinin və təhsilinin həyata keçirilməsi, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantların imtahanlarının keçirilməsi və s. istiqamətdə fəaliyyət göstərir. |
Əsas elmi nəticələri |