Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 may 2015-ci il 122 saylı əmrinə əsasən AMEA Polimer Materialları İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D01.251 Dissertasiya Şurası yaradılmışdır. D01.251 Dissertasiya Şurasında aşağıdakı ixtisaslar üzrə dissertasiyalar müdafiə oluna bilər:
2304.01 – “Makromolekullar kimyası”
2318.01 – “Kompozit materialların kimyası və texnologiyası”
D01.251 Dissertasiya Şurasının sədri | Məmmədov Bəxtiyar Əjdər oğlu – AMEA Polimer Materialları İnstitutu, “Elektro və bioaktiv polimer materialları” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. |
---|---|
Sədr müavini | Quliyev Abasqulu Məmməd oğlu – AMEA Polimer Materialları İnstitutu, “Funksional “smart” polimerlər” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. |
Elmi katib | Qəhrəmanov Nəcəf Tofiq oğlu – AMEA Polimer Materialları İnstitutu, “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor. |