Yeni fizioloji aktiv funksional monomerlərin, polimerlərə müxtəlif təyinatlı əlavələrin, tənzimlənən quruluşlu bioloji fəal, istiliyə və odadavamlı, elektroaktiv, şüalara qarşı həssas, bioloji dağılan və optiki şəffaf polimer materialların, smart polimer materialların, polimer-polimer kompozisiyaların və hibrid polimer nanokompozisiyaların yaradılması;
Yuxarı və aşağı sıxlıqlı polietilenin, polipropilenin, polistirolun, elastomerlərin və təbii polimerlərin funksi¬onallaşdırılması və onların əsasında tənzimlənən quruluşlu, xüsusi təyinatlı yeni polimer kompozisiya materiallarının və hibrid polimer nanokompozitlərin yaradılması, emal texnologiyası və ekologiyası;
Morfolinin, salisil turşusunun, karbamidin, pirrol və pirozolinin doymamış funksional törəmələrinin və onların əsasında bioloji fəal polimer materialların alınmasının elmi əsaslarının işlənib hazırlanması;
Saxarindikarbon turşusunun amido- və efiroimidlərinin, funksionaləvəzli tsiklopropan həlqəsi saxlayan monomerlərin, fenolların, aromatik və alifatik aminlərin əsasında tənzimlənən quruluşlu, radiasiyaya, istiliyə və odadavamlı, optiki şəffaf, elektroaktiv və şüalara qarşı həssas polimer materialların yaradılması;
Termoplastların, termoelastoplastların, elastomerlərin və təbii polimerlərin funksionallaşdırılması, xüsusi təyinatlı polimer-oliqomer və polimer-polimer kompozisiya materiallarının, uzunmüddətli təsirə malik bioloji və fizioloji aktiv polimer materialların, biodağılan, qeyri-toksik və kapsullaşdırıcı polimer kompozisiyaların yaradılması;
Proqressiv texnologiyalar əsasında radiasiyaya, korroziyaya, yüksək temperatura və şaxtaya qarşı davamlı polimer və kompozisiya materiallarının, su təsərrüfatı, tibb və digər sahələr üçün yararlı suda həll olan polimerlərin işlənib hazırlanması;
Yüngül və məsaməli materialların – penomaterialların yaradılması;
Alternativ xammal mənbələrinin tapılması – sellüloz və nişasta kimyasının inkişaf etdirilməsi;
Zədələnmiş örtüklərin bioloji uyuşmasını təmin edən və bioloji parçalanan materialı bərpa etmək qabiliyyətli amorf polimerlər;
Neftçıxarmada istifadə oluna bilən səthi-aktiv polimerlərin, termiki davamlı lak-boya materiallarının, radiasiyaya və temperatura davamlı, optiki şəffaf, yanmaz, və s. spesifik xassələrə malik polimer materiallarının yaradılması;
Metaltərkibli nanohissəciklərdən istifadə etməklə yeni dəyərli kompleks xassələrə malik poliolefinlər, poliuretanlar və onların qarışığı əsasında termoelastoplastların nanokompozitlərinin alınması və onlardan yüksək istehlak, ekoloji təhlükəsiz və sadə emal texnologiyasına malik olan yeni polimer materialların yaradılması;
Tərkibində karbohidrogen fraqmentləri, halogen atomları saxlayan alifatik və tsiklik quruluşlu, çoxşaxəli, istiliyə və odadavamlı, bioloji aktiv epoksiakrilat oliqoefirlərinin, doymamış poliefirlərin, polikarbonatların alınması, tədqiqi və tətbiq imkanları;
Mexaniki-kimyəvi sintez prosesində birmərhələli texnoloji sxem üzrə termoelastoplastlar əsasında yağ-benzinə qarşı davamlılığa malik dinamik vulkanlaşdırılmış nanokompozitlərin işlənib hazırlanması;
Məhlul rejimində qraftbirgəpolimerləşməsi prosesində in-situ kompozit materialların sintezi;