09/03/2023 12:38 

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun (PMİ) Elektro- və bioaktiv polimer materiallar laboratoriyasının müdiri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent Rəna Əhmədova, kimya üzrə fəlsəfə doktoru, dosent Dilbər Əliyeva, Azərbaycan Tibb Universitetinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Çimnaz İsmayılova və PMİ-nin magistrantı Günay Mansurovanın həmmüəllifi olduqları “Preparation of Polyconjugated Cooligomers of 4-Aminophenol with Resorcin and Their Electrically Conductive Compositions” adlı məqaləsi http://www.ajer.org/papers/Vol-12-issue-3/12031724.pdf. “American Journal of Engineering Research” jurnalında (3 march 2023, Volume-12, Issue-3, pp-17-24) dərc olunub. Məqalədə müəlliflər tərəfindən rezorsin və p-aminofenolun H2O2 iştirakı ilə birgəpolikondensləşmə reaksiyası həyata kecirilmiş, prosesin qanunauyğunluqları və alınan məhsulların tərkiblərinin, quruluşlarının və xassələrinin reaksiya məhsullarının çıxımına monomerlərin və oksidləşdiricilərin ilkin qatılıqlarının, temperaturun və reaksiya müddətinin təsirinin və prosesin həyata keçirilməsinin optimal şəraitinin müəyyən edilməsindən bəhs edilir. Göstərilir ki, 4-aminofenolun rezorsin ilə birgəoliqomerləri həll olan, əriyə bilən maddələrdir, istiliyə davamlılıq yarimkeçirici və paramaqnit xassələrə malikdirlər, kompleks əmələgətirmə, ion və elektrondəyişmə reaksiyalarına da qabildirlər. Qeyd edək ki, DOAJ (Directory of Open Access Journals), American National Engineering Database (ANED), Vixra, Google Scholar, Index Copernicus etc) kimi bazalara daxil olan jurnal 7.2 impakt faktora malikdir.
Paylaş