07/03/2023 14:51 

Polimer Materialları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

7 mart 2023-cü il tarixində Polimer Materialları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq iclas iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib. İnstitutun rəhbəri qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə laboratoriya və şöbələrin qadın müdirlərinin timsalında bütün qadın əməkdaşlarını təbrik edib. Sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva 8 Mart Beynəlxalq Qadınlar Gününün – qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdikləri mübarizənin tarixi haqqında məlumat verib. Daha sonra Solmaz Rzayeva Elmi şuranın yeni tərkibi haqqında iştirakçılara məlumat verib. İclasın sonunda Bəxtiyar Məmmədov institutun 50 qadın əməkdaşına elmi və ictimai işlərində fəal iştirak etdiklərini nəzərə alaraq təşəkkür elan edildiyini bildirib və onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib.
Paylaş