11/11/2022 11:55 

UFAZ elmi seminar

16 noyabr 2022-ci il tarixində saat 16:30-da Azərbaycan-Fransız Universitetində ətraf mühit və sağlamlıq problemlərində tətbiq olunan Kimya və Analitik kimyaya həsr olunan mini-simpozium keçiriləcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yerləşən Azərbaycan-Fransız Universiteti tədqiqat departmanetinin çərçivəsində elmin təbliği və müxtəlif sahələrdə araşdırmaların gücləndirilməsi məqsədi ilə həftəlik elmi seminarlar təşkil edir. Bu tip mühazirələr seminar iştirakçılarının müxtəlif mövzularda fikir mübadiləsi aparmalarına və tədqiqatçılar arasında mümkün əməkdaşlıq imkanlarınının artırılmasına şərait yaradır. Ünvan: Bakı şəhəri, Nizami küçəsi 183 Mühazirə haqqında məlumat: 16:30-17:30 Ülviyyə Həsənova (Bakı Dövlət Universiteti & ADNSU) on "Nanotechnology and Supramolecular chemistry approaches for new advanced materials: Preparations and Application" 17:30-18:30 Maurice Millet (ICPEES lab., UMR 7515, CNRS-Unistra) on "Coupling of ASE-SPE-SPME and ASE-ATD with GC/MSMS for the quantification of trace organic pollutants in diverse matrices." UFAZ elmi seminarlarına giriş sərbəstdir. Daha ətraflı məlumat almaq üçün: events@ufaz.az ilə əlaqə saxlaya bilərsiniz.
Paylaş