27/07/2022 12:32 

NASA ən qədim qalaktikanı kəşf etdiyini açıqlayıb

NASA-nın Ceyms Uebb Teleskopu (JWST) kainatda məlum olan ən qədim qalaktikanı aşkar edib. Alimlərin açıqlamasına görə, GLASS-z13 (GN-z13) adlı qalaktika 13,8 milyard il əvvəl meydana gələn Böyük Partlayışdan (“Big Bang”) cəmi 300 milyon il sonra yaranıb. NASA-nın Ceyms Uebb Teleskopu indiyə qədər kəşf edilmiş qalaktikaların ən qədimini qeydə alıb. 2015-ci ildə Hubble Teleskopu tərəfindən kəşf edilən əvvəlki rekordçu kainat indi tapılan qalaktikadan 400 milyon il sonra yaranan GN-z11 qalaktikası idi. JWST ən erkən ulduzlardan və qalaktikalardan gələn işığı aşkarlaya bilən Yaxın İnfraqırmızı Kamera (NIRCam) alətindən istifadə edərək GN-z13-ün təsvirini çəkib. Bu teleskop işığın kosmosda keçməsi üçün lazım olan vaxtı təhlil edərək zamanda geriyə getmək üçün geniş spektrli infraqırmızı işıqdan istifadə edir. GN-z13-ü araşdırarkən JWST də GN-z11-i görə bilib
Paylaş