17/05/2022 11:01 

Amerikalı alimlər Aydan gətirilən torpaqda bitki yetişdiriblər

İlk dəfə olaraq alimlər Aydan toplanan torpaqda bitki yetişdiriblər. ABŞ-ın Florida Universitetinin alimləri 1962-1972-ci illərdə Apollon missiyaları zamanı toplanan Ay torpağına xaççiçəyi (turpgiller) ailəsindən olan siçan qulağı tərəsi toxumu əkiblər. Toxumların 2 gündən sonra cücərdiyi müşahidə edilib. Beləliklə, ilk dəfə toxumlar Ay torpağında uğurla cücərdilib. Araşdırma üçün Florida Universitetinin elmi qrupuna hər bitki üçün 1 qram torpaq verilib. Alimlər buna təəccübləndiklərini ifadə edərək cücərtinin daha sonra quruduğunu deyiblər. Tədqiqat NASA - Amerika Kosmos və Aeronavtika Agentliyinin “Ayda yaşayış məntəqəsinin yaradılması” layihəsi üçün mühüm addım kimi qiymətləndirilir. Qeyd edək ki, NASA astronavtları 1962-1972-ci illərdə Apollon missiyaları zamanı Ay səthindən 382 kiloqram torpaq, toxum, çınqıl, qum və toz gətiriblər.
Paylaş