18/05/2022 13:46 

Polimer Materialları İnstitutu kotirovka sorğusu elan edir

АМЕА-nın Polimer Materialları İnstitutu Maddə 221100 Lot-2 (https://drive.google.com/file/d/1MU9Pk9EN4jPv6HJwopRyjDxwNTSBwplN/view?usp=sharing) üzrə (siyahı əlavə olunur) kotirovka sorğusu üsulu ilə satınalmaq niyyətindədir. Satınalma müqaviləsi üzrə ödənişlər büdcə vəsaiti acıldıqca ödəniləcək. Malgöndərən təşkilat tərəfindən kotirovka komissiyasına təklif olunan qiymətlər, malların qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Satılacaq mallar nəzərdə tutulmuş standartlara cavab verməlidir. Malların qiymət cədvəlləri, borclarınızın olub-olmaması barədə arayışlar, bank rekvizitləriniz, lazımi icazələr, lisenziyalar, şəxsiyyət vəsiqəsinin surəti, nizamnamənin surəti qapalı zərfdə, imzalanıb və möhürlənərək Sumqayıt şəhəri, S.Vurğun, 124 ünvanına 20.06.2022-ci il saat 10:00-dək təqdim olunmalıdır. Zərflər 21.06.2022-ci il saat 11 00 - da açılacaqdır. Ünvan: AZ5004, Sumqayıt şəhəri, S.Vurğun 124 Əlaqə telefonu: (+99418) 652 10 27 (əlavə 107) Faks: (+99418) 642 04 00 E-mail: ipoma@science.az
Paylaş