10/05/2022 16:25 

İnstitutda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

10 may 2022-ci il tarixində AMEA-nın Polimer Materialları İnstitutunda Elmi şuranın ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan iclası keçirilib. Tədbir Ulu Öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İclası giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimi olduğunu bildirib. Baş direktor qeyd edib ki, Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən edərək, rifahın, tərəqqinin Azərbaycan modelini yarad¬ıb. Sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva çıxış edərək dünya şöhrətli siyasətçi Heydər Əliyevin keçdiyi həyat yolu, müdrik siyasəti, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunduğundan bəhs edib. Daha sonra çıxış edən institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək davamçı yetişdirdiyini, bu gün ümummilli liderin ideyalarının Azərbaycan Respubli¬kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində uğurla inki¬şaf etdiyini vurğulayıb. Heydər Əliyevin vəsiyyətlərini gerçəkləşdirən Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və rəhbərliyi altında 30 ildən bəri düşmən əsarətində olan Qarabağ artıq əbədi azadlığına qovuşub. İclasda institutun sabiq dissertantı, Bakı Ali Neft Məktəbinin əməkdaşı Bayramova İlahə Vilayət qızının müraciətinə əsasən dissertasiya işinin adının qismən dəyişdirilməsi barədə məsələ müzakirə olunub. Dissertantın elmi rəhbəri Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov mövzu ilə bağlı iştirakçılara məlumat verib. Sonda müvafiq qərar qəbul edilib.
Paylaş