10/05/2022 11:41 

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr edən Ulu Öndər Heydər Əliyev özünün siyasi müdrikliyi ilə zəngin dövlətçilik məktəbi və yüksək idarəçilik ənənəsi yaradaraq ümummilli lider zirvəsinə yüksəlib. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görən ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla¬yacağımız dahi şəxsiyyətdir. Ulu Öndər Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərib. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin ən böyük xidmətlərindən biri özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək davamçı-varis yetişdirməsindədir. Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respubli¬kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inki¬şaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xa¬rici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Əsası ümum¬milli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad¬dır – xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da¬vam etdirən, yarımçıq qalan arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
Paylaş