01/12/2021 12:15 

Sabah NASA astronavtları açıq kosmosa çıxacaqlar

Amerikalı astronavtlar Tom Marşbern və Kayla Berron dekabrın 2-də Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxacaqlar. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti bildirib. Bundan əvvəl noyabrın 30-na planlaşdırılan astronavt missiyası “stansiyaya yaxınlaşan dağıntılar” xəbərləri səbəbindən ləğv edilib: “NASA dağıntıların orbitinin Tom Marşbern və Kayla Berronun planlaşdırılan kosmos səyahəti üçün heç bir təhlükə yaratmadığını müəyyən edib. Stansiyadakı nasaz antenanı əvəz etmək üçün kosmosa çıxış dekabrın 2-i cümə axşamına planlaşdırılır”.
Paylaş