26/11/2021 14:06 

AMEA Polimer Materiallari Institutunun “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emali” laboratoriyasinda yüksək elmi və texnoloji nəaliyyətlər

K.e.d., professor Qəhrəmanov Nəcəf Tofiq oğlunun rəhbərlik etdiyi “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyası Azərbaycan Elmlər Akademiyası sistemində elmi kadrların hazırlanmasında, reytinqli xarici jurnallarda məqalələrin dərc olunmasında, aparıcı xarici akademik institutlarla müqavilələrin bağlanılmasında, Azərbaycanın emal müəssisələri ilə kompleks texnoloji tədqiqatların aparılmasında yüksək səviyyədə olan nadir laboratoriyalardan biridir. Qeyd edək ki, laboratoriyada 2021-ci ildə 60 elmi əsər nəşr olunub. Onlardan 38-i məqalə, 20-si məruzə tezisi, 1 patent və 1 monoqrafiyadır. Laboratoriya müdiri k.e.d., professor Nəcəf Qəhrəmanovun ümumlikdə 545 elmi əsəri nəşr olunub. 2021- ci ildə prof. Qəhrəmanov N.T. “Polymer Science” və “Chemical problems” kimi jurnalların Redaksiya Şurasına daxil edilib və “Izv. Vyssh. Uchebn. Zaved. Khim. Khim. Tekhnol” jurnalın qərarına əsasən o, ilin “ən yaxşı resenzenti” fəxri fərmanı ilə mükafatlandırılıb. Russiyanın Sevastopol şəhərinin Dövlət Universitetində 08.10.2021-ci ildə keçirilən Beynəlxalq konfransda prof. Qəhrəmanov N.T. Proqram və Təşkilat Komitələrinin tərkibinə daxil edilib. Hal-hazırda laboratoriyada 8 dissertant tədqiqat işləri aparır. Onların hər biri “Kompozit materialların kimyası və texnologiyası” ixtisası üzrə dissertasiya müdafiə etməyə hazırdır. Bu il 2 dissertant – Qasımova Gülnarə və Mustafayeva Fatimə kimya üzrə fəlsəfə doktorluq dissertasiyasıını müdafiə ediblər. 1 dissertant – dosent Hüseynova Zülfirə kimya elmləri doktoru dissertasiyasının müdafiəsinin ilkin mərhələsindən keçib. Sənaye poliolefinlərin emalı texnologiyasının təkmilləşdirilməsi məqsədilə Azərbaycanın plastik məmulatlarının emalı üzrə aparıcı müəssisələri: Bakıdakı “METAK” MMC və Sumqayıtdakı “XANİ” firması ilə müqavilələr bağlanıb. Laboratoriyada hazırlanmış materialların yüksək keyfiyyətini təsdiq edən bir sıra sınaq aktları və laboratoriya texnoloji reqlamentləri əldə olunub.
Paylaş