11/07/2025 16:35 “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.
Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və “Akademik 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb.
Bugünkü buraxılışda AMEA Rəyasət Heyətinin iclası, “Ədəbi proses – 2024” elmi-yaradıcılıq müşavirəsi, akademik İsa Həbibbəylinin Astarada aparılan arxeoloji qazıntılarla tanışlığı, “Naxçıvan. Biblioqrafiya”, eləcə də “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” kitablarının təqdimatı, “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası, “Məhəmməd Sadıq bəy Ağabəyzadənin (Ağabəyov) dünya arxivlərində saxlanılan tarixi və elmir irsinin təsviri” sərlövhəli məqalə və s. informasiyalar təqdim olunur.
Qəzetin rus və ingilis dili bölmələrində akademik İsa Həbibbəylinin keçirdiyi görüşlər, tədbirlər barədə məlumatlar, həmçinin “Наша исконная земля” başlıqlı məqalə dərc edilib.
Paylaş