20/06/2025 16:10 

Polimer Materialları İnstitutunun əməkdaşları vebinarda iştirak ediblər

20 iyun 2025-ci il tarixində “Clarivate” şirkətinin elmi jurnalların bibliometrik data və analizinin təqdim edildiyi “Journal Citation Reports” (JCR) databazası və JCR’ın 2025-ci ildəki yeniliklər haqqında növbəti vebinarı keçirilib. Vebinarda dataya əsaslanan etibarlı qərarlar qəbul etmək üçün jurnal profillərindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Bundan başqa, vebinarda jurnal səviyyəsində geniş metrik çeşidi, o cümlədən jurnal profillərində mövcud olan “Journal Impact Factor” (JIF) indikatoru və Open Access haqqında məlumatlar təqdim edilib. Web of Science platforması da daxil olmaqla, JCR-ın digər “Clarivate” məhsulları ilə inteqrasiyaları araşdırılıb, jurnal metriklərinin universitet və ya nəşriyyat sistemlərinə “Journals API” vasitəsilə inteqrasiyasından bəhs olunub. Vebinar Iltifat Ibrahimov tərəfindən keçirilib. Vebinarda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşları – Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçiləri Fəridə Məmmədova və Cəvahir Adıgözəlova iştirak ediblər. İştirakçılara sertifikatlar təqdim olunub.
Paylaş