07/05/2025 16:25 

Polimer Materialları İnstitutunun əməkdaşları yubileyləri münasibəti ilə təltif olunublar

7 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun bir neçə əməkdaşı yubileyləri münasibəti ilə təltif olunublar. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov kitabxana müdiri Qənirə Qaraşova, kitabxanaçı Sevil İbrahimova, Kарsuləmələgətirən роlimеrlərin texnologiyası lаbоrаtоriyаsının texniki İradə Vəliyeva, Təchizat və xidmət şöbəsinin əməkdaşları Həmid Süleymanov və Səfər Şirinovu yubileyləri münasibəti ilə rəhbərlik və Həmkarlar İttifaqı Komitəsi adından təbrik edib, onlara Təşəkkürnamə təqdim edərək səmimi arzularını çatdırıb. Tədbirdə iştirak edən institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, elmi katib vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova, Kарsuləmələgətirən роlimеrlərin texnologiyası lаbоrаtоriyаsının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva və Həmkarlar İttifaqı Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova əməkdaşları təbrik edib, onlara cansağlığı və işlərində müvəffəqiyyətlər arzu ediblər.
Paylaş