26/04/2025 16:07 

Polimer Materialları İnstitutunun əməkdaşları növbəti vebinarda iştirak ediblər

25 aprel 2025-ci il tarixində tədqiqatçılar üçün “Süni intellekt ilə daha səmərəli tədqiqat: “Web of Science” innovasiyaları necə dəstəkləyir?” mövzusunda növbəti vebinar keçirilib. Vebinarda iştirakçılara “Web of Science Research Assistant ” (WOSRA) süni intellekt alətinin ən son təkmilləşdirmələri və bu süni intellekt alətinin cari imkanları haqqında məlumat verilib. Eləcə də “Clarivate” şirkətinin digər süni intellekt həllərinin tədris və tədqiqatda keyfiyyətin artırılmasına dəstəyi, resurslardan daha sürətli və faydalı istifadəsində önəmi, tədqiqatçılar və müəssisələr tərəfindən innovasiyaların sürətləndirilməsi, tədqiqatların nəticələrinin daha yaxşı ölçülməsi və nümayiş etdirilməsi kimi mövzulara toxunulub. Vebinarda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşları – Makromonomer əsaslı polimer materiallar lаbоrаtоriyаsının müdürü kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova, Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədova, Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının böyük laborantları Nurxan Şirəliyeva və Аygün Əliyeva və başqaları iştirak ediblər. Vebinar ZOOM proqramı ilə baş tutub.
Paylaş