30/04/2025 16:01 

Polimer Materialları İnstitutunun əməkdaşları vebinarda iştirak ediblər

29 aprel 2025-ci il tarixində “Elsevier” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi vebinarların davamı olaraq “Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” mövzusunda vebinar keçirilib. “Elsevier” şirkətinin rəsmi nümayəndəsi Saida Sak tərəfindən təşkil olunan onlayn vebinarda elmi bilikləri gücləndirmək, güclü elmi nəticələr dərc etmək, tədqiqat sahəsində görünürlüyü artırmaq kimi mövzular geniş izah olunub. Vebinarda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşları – Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının elmi işçisi Gülgün Xanbabayeva, böyük laborantlar Nurxan Şirəliyeva və Аygün Əliyeva, Polimer materiallarının təkrar emalı və ekologiyası laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Nahidə Əlimirzəyeva, elmi işçi Sevil Bektaşi, mühəndislər Sənəm Xəlilova və Mənsurə Rəcəbova, Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədova, Elmi - texniki informasiya və telekommunikasiya şöbəsinin kiçik elmi işçisi Türkan Verdiyeva, tərcüməçi Ülkər İsayeva, laborant İlahə Aslanova və başqaları iştirak ediblər. Vebinar ZOOM proqramı ilə baş tutub.
Paylaş