28/04/2025 15:53 Polimer Materialları İnstitutunun əməkdaşları beynəlxalq konfranda iştirak ediblər
24-25 aprel 2025-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil ocağının 105 illik yubileyi münasibəti ilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” keçirilib.
İki gün davam edən konfransda makromolekullar sahəsində aparılan son elmi-tədqiqatlar, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, aktual elmi çağırışların və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. “Üzvi sintezdə innovativ yanaşmalar”, “Makromolekullu birləşmələrin müasir sintez üsulları”, “Kompozit materialların hazırlanması və tətbiqi”, “Ətraf mühit və sağlam qida” kimi başlıqlar altında keçirilən bölmə iclaslarında Azərbaycanın müxtəlif universitetləri, elmi-tədqiqat institutları, bir sıra xarici ölkələrdən alim və mütəxəssislər, o cümlədən Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun bir sıra əməkdaşları da məruzələrlə çıxış ediblər.
Elmi təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, sahə üzrə gələcək perspektivlər dəyərləndirilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Paylaş