28/04/2025 10:25 

Polimer Materialları İnstitutunun əməkdaşı Azərbaycanda ilk dəfə olaraq “Kompozit materialların kimyası və texnologiyası” ixtisasında kimya elmləri doktoru elmi dərəcəsi alıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun 2.8 saylı Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dosent Allahverdiyeva Xəyalə Vaqif qızı Azərbaycanda ilk dəfə olaraq “Kompozit materialların kimyası və texnologiyası” ixtisasında Azərbaycan Respublikasının Prezindenti yanında Ali Attestasiya Komissiyasının 11 aprel 2025-ci il tarixli qərarına əsasən kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Bu münasibətlə Xəyalə Allaxverdiyevanı və onun elmi məsləhətçisi professor Nəcəf Qəhrəmanovu təbrik edirik və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Paylaş