23/04/2025 16:24 Polimer Materialları İnstitutunun əməkdaşları vebinarda iştirak ediblər
22 aprel 2025-ci il tarixində tədqiqatçılar üçün “Elmi yazıda və akademik nəşrdə Generativ Süni İntellekt (GenAI)” mövzusunda vebinar keçirilib. “Elsevier” şirkətinin rəsmi nümayəndəsi Saida Sak tərəfindən təşkil olunan onlayn vebinarda elmi yazı və nəşr kontekstində GenAI-ın potensial faydaları və əsas problemlər, “Elsevier”in müəlliflər, redaktorlar və rəyçilər üçün GenAI siyasətləri, tədqiqatçılar üçün “Elsevier”in GenAI əsaslı alətləri kimi mövzular geniş izah olunub.
Vebinarda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşları – Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının elmi işçisi Gülgün Xanbabayeva, laborantlar Nurxan Cəfərova və Аygün Əliyeva, Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədova, Elmi - texniki informasiya və telekommunikasiya şöbəsinin kiçik elmi işçisi Türkan Verdiyeva, tərcüməçi Ülkər İsayeva, laborant İlahə Aslanova iştirak ediblər.
Vebinar ZOOM proqramı ilə baş tutub.
Paylaş