22/04/2025 16:24 

Polimer Materialları İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

17-18 aprel 2025-ci il tarixlərində Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru” Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Türkan Quliyeva “Metal oksidi nanohissəciklərinin termoelastoplast nanokompozitlərin xassələrinə təsiri” mövzusunda poster təqdimatla çıxış edib.
Paylaş