22/04/2025 10:11 Polimer Materialları İnstitutunun əməkdaşı respublika elmi konfransında iştirak edib
17-18 aprel 2025-ci il tarixlərində Bakı Dövlət Universitetinin Kimya fakültəsi və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə doktorant, magistrant və gənc tədqiqatçıların Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunan “Kimya və kimya texnologiyası” mövzusunda IV respublika elmi konfransı keçirilib.
Konfransa Azərbaycanın ali təhsil müəssisələrindən, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarından, xarici ölkələrin (Türkiyə, Özbəkistan, Böyük Britaniya) universitetlərindən 180-dən çox tezis qəbul olunub.
Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Türkan Quliyeva “İzotaktik polipropilen əsaslı termoelastoplastların xassələrinə kauçukların təsiri” mövzusunda poster təqdimatla çıxış edib.
Paylaş