14/04/2025 16:21 

İnstitutumuzun əməkdaşının oğlu yeni uğur qazanıb

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 87 kq dərəcəsində çıxış edən yunan-Roma güləşçisi İslam Abbasov bürünc medala yiyələnib. Qeyd edək ki, millimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 151 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu olub. İnstitutun Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyasının mühəndisi Akimə Abbasovanın oğlu İslam Abbasovun qələbəsi münasibətilə təbrik edir və yeni uğurlar arzu edirik!
Paylaş