18/03/2025 14:31 Polimer Materialları İnstitutunun əməkdaşları vebinarda iştirak ediblər
18 mart 2025-ci il tarixində “Web of Science” Azərbaycan dilində vebinarlar seriyasının davamı olaraq “Axtarışınızı Web of Science Core Collection-dan əlavə daha spesifik məzmun ilə genişləndirin” mövzusunda vebinar keçirilib. Vebinarda iştirakçılara “Web of Science Core Collection”, “Derwent Innovations Index”, “Data Citation Index”, “Preprint Citation Index”, “ProQuest Dissertations & Theses Citation Index”, “Grants Index”, “Policy Citation Index”, “Web of Science Citation Network” axtarış bazaları üzrə məlumat verilib.
“Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov tərəfindən keçirilən təlim ZOOM proqramı vasitəsilə həyata keçirilib.
Vebinarda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədova, Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının böyük laborantları Аygün Əliyeva və Nurxan Şirəliyeva iştirak ediblər. İştirakçılara sertifikatlar təqdim olunub.
Paylaş