18/03/2025 10:46 Polimer Materialları İnstitutunun əməkdaşları təlimdə iştirak ediblər
17 mart 2025-ci il tarixində Odlar Yurdu Universitetində “Yüksək impakt faktorlu konfrans və jurnallara məqalə yazma və yükləmə qaydaları” adlı beynəlxalq təlim keçirilib. Azərbaycan və Türkiyənin bütün sahələr üzrə təhsil alan bakalavr və magistr tələbələri, doktorant, elmi işçilər, eləcə də elmi müəssisə və təşkilatların nümayəndələri və müəllimlər üçün nəzərdə tutulan təlimdə Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun əməkdaşları –Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçiləri - Cəvahir Adıgözəlova, Fəridə Məmmədova və Texniki - iqtisadi hesablamalar və layihələşdirmə şöbəsinin kiçik elmi işçisi Günel Abaszadə iştirak ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Təlim canlı və onlayn şəkildə keçirilib.
Paylaş