11/03/2025 11:30 Polimer Materialları İnstitutunun əməkdaşları yubileyləri münasibəti ilə təltif olunublar
11 mart 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun iki əməkdaşı yubileyləri münasibəti ilə təltif olunublar. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov Kарsuləmələgətirən роlimеrlərin texnologiyası lаbоrаtоriyаsının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Murаdhəsil Qurbаnоv və Makromonomer əsaslı polimer materiallar lаbоrаtоriyаsının elmi işçisi Sеvinc Məmmədоvаnın yubileyləri münasibəti ilə rəhbərlik və Həmkarlar İttifaqı Komitəsi adından təbrik edib, onlara Təşəkkürnamə təqdim edərək səmimi arzularını çatdırıb.
Tədbirdə iştirak edən institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova əməkdaşları təbrik edib, onlara cansağlığı və işlərində müvəffəqiyyətlər arzu ediblər.
Paylaş