07/03/2025 11:21 

Polimer Materialları İnstitutunun qadın əməkdaşlarına Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyə kartları təqdim edilib

Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən institutun 168 qadın əməkdaşına 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə kartları təqdim edilib. İnstitutun Həmkarlar Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova bayram münasibəti ilə bütün qadın əməkdaşları təbrik edərək onlara xoş arzularını çatdırıb.
Paylaş