07/02/2025 15:55 

Alimlər süni intellekt dövründə də tələb olunacaq peşələri müəyyənləşdiriblər

Süni intellektin əmək bazarına ciddi şəkildə daxil olması gələcəkdə bəzi peşələrin mövcudluğunu təhlükə altına salır. “Azərbaycan müəllimi” xəbər verir ki, Cənubi Avstraliya Universitetinin tədqiqatçıları gələcəkdə də fəaliyyətini davam etdirəcək peşə sahiblərinin adını açıqlayıblar. Onların araşdırmasının nəticəsi “Creativity Research” (CRJ) jurnalında dərc edilib. Araşdırmada qeyd edilib ki, süni intellekt rəssamları, yazıçıları və dizaynerləri tamamilə əvəz edə bilməyəcək, lakin onların işində faydalı vasitəyə çevriləcək. Tədqiqatın aparıcı müəllifi professor David Cropley izah edib ki, süni intellekt gündəlik tapşırıqları avtomatlaşdırmaq üçün nəzərdə tutulub. O, bədii ilham yarada bilməz. “Kropley DALL-E 2” çatbotunu nümunə göstərərək ondan “Mona Liza” üslubunda portret yaratmağı istədiyini, lakin süni intellektin cansıxıcı qadın obrazı yaratdığını bildirib. Süni intellekt heç bir müstəqil təxəyyül nümayiş etdirmədən yalnız alqoritmik tapşırığı yerinə yetirib. Tədqiqatın həmmüəllifi Rebeka Marrone süni intellektin yaradıcı imkanları haqqında fikirlərin dəyişdiyini vurğulayıb. Əvvəllər onun yaradıcı düşünə biləcəyinə inanılırdısa, indi aydındır ki, süni intellekt insanların işini sürətləndirir, lakin əsl ilham yenə də insana məxsusdur.
Paylaş