21/02/2025 12:03 

Polimer Materialları İnstitutunun əməkdaşları vebinarda iştirak ediblər

20 fevral 2025-ci il tarixində “Clarivate” şirkətinin Azərbaycan dilində vebinarlar seriyasından “Birgə tədqiqatların əhəmiyyəti” adlı vebinar keçirilib. “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov tərəfindən keçirilən vebinar “Web of Science Əsas Kolleksiya”, təşkilat profili, tədqiqatçı profili, akademik və tədqiqat əməkdaşlığında çətinliklər, birgə tədqiqatda qrant fondlarının rolu, “Collab-CNCI”, Yeni Birgə Tədqiqat İndikatoru (InCites) kimi mövzuları əhatə edib. Vebinarda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşları – Elektro- və bioaktiv polimer materialları laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Rəna Əhmədova, Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçiləri Fəridə Məmmədova və Cəvahir Adıgözəlova, Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının böyük laborantları Aygün Əliyeva və Nurxan Şirəliyeva və Texniki - iqtisadi hesablamalar və layihələşdirmə şöbəsinin kiçik elmi işçisi Günel Abaszadə iştirak ediblər. Vebinar ZOOM proqramı ilə baş tutub.
Paylaş