21/02/2025 10:36 

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Universitetinin tələbələri üçün seminar keçirilib

20 fevral 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda təcrübə keçməyə başlayan Sumqayıt Dövlət Universitetinin Kimya ixtisasi üzrə əyani şöbədə təhsil alan 347 saylı qrup tələbələri üçün “Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və bədbəxt hadisələrin qarşısının alınması” mövzusunda nəzəri-təcrübi seminar keçirilib. Seminarda instiutun Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tələbələrə əməyin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericilik və normativ qaydaları, müəssisədə risklərin minimuma endirilməsi, yanğından mühafizə tədbirləri, baş verə biləcək bədbəxt hadisələr zamanı görüləcək işlər, odsöndürən vasitələrin növləri və istifadə qaydaları haqqında məlumat və təlimatlar verib. Onlara mövzu ilə bağlı video-çarxlar nümayiş olunub. Məruzəçi tələbələrə təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunması və bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə tövsiyə və göstərişlər verib.
Paylaş