20/02/2025 15:18 Polimer Materialları İnstitutunun əməkdaşları vörkşopda iştirak ediblər
19 fevral 2025-ci il tarixində “Elsevier” nəşriyyatının elmi redaktorundan müəlliflər üçün “Yüksək impakt faktorlu jurnallarda nəşr üçün strategiyalar” mövzusunda vörkşop keçirilib. “Elsevier” nəşriyyatının elmi redaktoru Banu Bayram tərəfindən keçirilən vörkşop elmi məqalələrin nüfuzlu jurnallarda nəşr etdirilməsi üçün effektiv texnika və strategiyalar kimi mövzuları əhatə edib.
Vörkşopda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşları – Polimer materiallarının təkrar emalı və ekologiyası laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Nahidə Əlimirzəyeva, Heterotsiklik monomerlər laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aynur Qarayeva, Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçiləri Fəridə Məmmədova və Cəvahir Adıgözəlova və Texniki - iqtisadi hesablamalar və layihələşdirmə şöbəsinin kiçik elmi işçisi Günel Abaszadə iştirak ediblər.
Vörkşop ZOOM proqramı ilə baş tutub.
Paylaş