25/01/2025 15:06 

Polimer Materialları İnstitutunun əməkdaşları vebinarda iştirak ediblər

24 yanvar 2025-ci il tarixində “Web of Science” bazasında sosial elmlər, incəsənət və humanitar elmlər məzmununun axtarışının genişləndirilməsi ilə bağlı vebinar keçirilib. “Clarivate” şirkətinin “Web of Science Core Collection” bazası təbiət, texniki, sosial və humanitar elmlər, eləcə də incəsənət üzrə qlobal əhəmiyyətli jurnallarda, kitablarda və konfrans materiallarında dərc olunan elmi tədqiqat məqalələrini və onlar arasında istinad əlaqələrini özündə cəmləyən zəngin indeks bazasıdır. Vebinarda sosial elmlər, incəsənət və humanitar elmlər üçün mənbələrin axtarışı, seçimi və təhlili, eləcə də ədəbiyyat axtarışını genişləndirmək üçün istinad naviqasiyasından istifadə üsulları haqqında ətraflı məlumat verilib. “Clarivate” şirkətinin Azərbaycanda olan rəsmi nümayəndəsi İltifat İbrahimov tərəfindən keçirilən təlim ZOOM proqramı vasitəsilə həyata keçirilib. Vebinarda Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının nümayəndələri, o cümlədən Polimer Materialları İnstitutunun əməkdaşları – Ülkər İsayeva, Aysel Abdullayeva, İlahə Aslanova və Türkan Verdiyeva iştirak ediblər.
Paylaş