20/12/2024 14:05 

Polimer Materialları İnstitutunun alimi yubileyi münasibəti ilə təltif olunub

20 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Heterotsiklik monomerlər laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova yubileyi münasibəti ilə təltif olunub. Yubiley tədbirini institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq Məhruzə Şatirovanı yubileyi münasibəti ilə rəhbərlik və Həmkarlar İttifaqı Komitəsi adından təbrik edib, ona Təşəkkürnamə təqdim edərək səmimi arzularını çatdırıb. Tədbirdə iştirak edən Həmkarlar İttifaqı Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova, institutun elmi katibi vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova və Elmi-texniki informasiya və telekommunikasiya şöbəsinin müdiri Dilbər Nurullayeva alimi təbrik edib, ona cansağlığı və işlərində müvəffəqiyyətlər arzu ediblər.
Paylaş