18/12/2024 11:06 Polimer Materialları İnstitutunun əməkdaşları info-sessiyada iştirak ediblər
17 dekabr 2024-cü il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində “Scopus AI- süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda sonuncu info-sessiya keçirilib.
Sessiya çərçivəsində “Scopus”dan istifadə edərək əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, fərdi araşdırmalar və məlumat əldə etmək üçün süni intellekt alətindən istifadə və iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət mövzuları haqqında iştirakçılara geniş məlumat təqdim olunub. Tədbirdə ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının əməkdaşları, tələbələri, tədqiqatçıları və məzunları, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının elmi işçisi Gülgün Xanbabayeva və Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin baş mütəxəssisi Sara Abbasova iştirak ediblər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə cari ildən başlayaraq “Elsevier” şirkəti tərəfindən yaradılan sistem ölkəmizdə 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib.
Paylaş