13/12/2024 12:50 CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
CERN-in Böyük Adron Sürətləndiricisi (LHC) kainatın yaranışı ilə bağlı mühüm sirri açıb. Alimlər ən ağır antimaddə olan antihiperhelium-4-ü aşkarlayıblar. Bu kəşf, bizi maddə ilə antimaddənin bərabər olduğu bir mühitdə niyə yalnız maddənin qaldığını anlamağa bir addım daha yaxınlaşdırır.
Bu antimaddə hissəciyi, 2 antiproton, 1 antineytron və 1 antilambda hissəciyindən ibarət olduqca mürəkkəb bir quruluşa malikdir. Alimlər hissəciyin bu qeyri-adi mürəkkəbliyini anlamaq və təsvir etmək üçün ALICE detektorundan və süni intellekt dəstəkli analiz üsullarından istifadə ediblər. Kəşf, 2018-ci ildə toplanan məlumatların illər boyu aparılan ətraflı təhlili nəticəsində ortaya çıxıb.
Əslində, antimaddə ilə maddə arasındakı əsas əlaqə fizika aləminin ən böyük sirrlərindən biridir. Böyük Partlayışdan dərhal sonra maddə və antimaddə eyni miqdarda mövcud idi. Lakin bir araya gəldiklərində bir-birlərini məhv edərək enerjiyə çevrilirlər. Bununla belə, kainatımız demək olar ki, tamamilə maddədən ibarətdir. Bu suala cavab tapmaq kainatın mövcudluğu haqqında əsas anlayışı təmin edəcək.
Alimlər həmçinin bu hissəciyin kütləsini son dərəcə dəqiq şəkildə ölçərək nəzəri fizika modellərini də təsdiqləyiblər. Bununla yanaşı, bu nəticələrin yalnız fizika ədəbiyyatında bir rekord olaraq yer almadığını, eyni zamanda antimaddənin təbiəti və kainatın mənşəyi ilə bağlı yeni bir araşdırma dalğasına səbəb olduğunu deyə bilərik. CERN-dəki tədqiqatçılar hazırda bu tip antimaddə hissəciklərini istehsal etməyə və təhlil etməyə davam edərək kainatın ilk anlarında nələrin baş verdiyini anlamağa çalışırlar. Başqa sözlə, bu bir kosmik dedektiv işidir.
Technote.az
Paylaş