11/12/2024 15:55 Tədqiqatçılar yeni bir insan növünə aid kəllə sümüyü müəyyən ediblər!
Tədqiqatçılar Çinin bir bölgəsində rast gəldikləri çox böyük kəllə sümüyü əsasında, "böyük baş" mənasını verən və Homo juluensis adlandırdıqları yeni bir qədim insan növünü müəyyən ediblər.
Bu fosillər müasir insanlara və Denisovalılara xas olan xüsusiyyətlərlə yanaşı, Neandertal tipli qalın və geniş kəllə sümüklərinə malikdirlər. Tədqiqatçılar kəşfdən sonra bu fosillərin Homo juluensis adını verdikləri, böyük beyin həcminə malik yeni bir hominin növünü təmsil etdiyini irəli sürüblər. Bundan başqa, Nature Communications jurnalında yayımlanan bir məqalədə antropoloq Christopher Bae və paleoantropoloq Xiujie Wu bu fosillərin öyrənilməsi üçün yeni terminologiyanın lazım olduğunu bildiriblər.
Bu növlərə Homo floresiensis, Homo luzonensis, Homo longi və yeni adlandırılan Homo juluensis daxildir. Əslində Homo juluensislər təxminən 220.000–100.000 il əvvələ aid fosillərdir. Xujiayao bölgəsində 10.000-dən çox daş alət və 10 fərdi təmsil etdiyi düşünüldüyü 21 hominin fosil parçası tapılıb. Bu insanların kəllələri böyük beyin həcminə və qalın sümük quruluşuna malikdir.
Wu və Bae bu fosillərdəki müxtəlif xüsusiyyətləri təhlil etdikdən sonra, 2024-cü ilin may ayında dərc olunan məqalələrində bu populyasiyanı "böyük başlı insanlar" mənasını verən Juluren olaraq adlandırıblar. Tədqiqatçılar həmçinin bu fərdlərin Orta Pleystosen dövründə müxtəlif hominin növləri arasında baş verən cütləşmənin nəticəsi ola biləcəyini qeyd ediblər. Ümumilikdə, arxeoloqlar araşdırmalarını davam etdirərək yeni növləri və onların qeyri-adi xüsusiyyətlərini kəşf etməyə davam edirlər.
Paylaş