09/10/2024 13:30 Qlobal istiləşmə səbəbilə Antarktida sürətlə yaşıllaşır
Alimlər aparmış olduqları yeni tədqiqat çərçivəsində Antarktidanın və onun iqliminin müşahidəsinə diqqət ayırıblar. Tədqiqatın nəticələrinə əsasən Antarktidanın bəzi regionları sürətlə yaşıllaşır. Bunun əsas səbəbi isə qlobal istiləşmədir. Alimlər həmçinin təyin ediblər ki, son 40 il ərzində Antarktik yarımadasının şimal hissəsinin mamırlar və digər bitki örtüyünə sahib sahəsi 1000% böyüyüb. Artıq heç kim üçün sirr deyil ki, qlobal istiləşmə bütün planetimizə təsir göstərir. Lakin planetimizin qütb regionları digərlərindən fərqli olaraq daha tez istiləşirlər.
Alimlər yeni tədqiqat çərçivəsində peyk məlumatlarından istifadə edərək qlobal istiləşmənin bu buzlu kontinentin landşaftına necə təsir göstərdiyini qiymətləndirməyə çalışıblar. Nəticələrə əsasən yarımada 1986-cı ildə istənilən bitki örtüyündən məhrum olmuş vəziyyətdə olub. Həmin zamanlarda bitki örtüyü bu ərazinin 1 kvadrat kilometrdən daha az sahəsini əhatə edib. Lakin son 40 il ərzində vəziyyət ciddi şəkildə dəyişib. Artıq 2021-ci ildə bitki örtüyü bu ərazinin 12 kvadrat kilometr sahəsini əhatə edib.
Başqa sözlə desək, yaşıllaşan ərazinin sahəsi 200 futbol meydanı qədər genişlənib. Alimlər təyin ediblər ki, yaşıllaşan ərazilərin sahəsi son 5 ildə gözlənilməz dərəcədə genişlənib. Bu isə son illərdə planetdəki yüksək temperatur göstəriciləri ilə üst-üstə düşür. Mütəxəssislər bildiriblər ki, bu regionda əsasən mamırlar yayılır. Landşaftın böyük hissəsi isə hələ də qarla, buzlarla və daşlarla örtülüdür. Onun yalnız kiçik bir hissəsi yaşıllaşma prosesinə məruz qalıb. Lakin bununla belə bu proses sürətlə genişlənməyə davam edir və o, iqlim dəyişikliyinə olduqca həssasdır.
Paylaş