08/08/2024 11:06 

Polimer Materialları İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Quba rayonuna gəzinti təşkil olunub

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun əməkdaşlarının asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə müəssisənin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Azərbaycanın səfalı yerlərindən olan Quba rayonuna 1 günlük gəzinti təşkil edilib. İnstitutun 34 əməkdaşı rayonda yerləşən “Balbulaq” istirahət mərkəzində olublar. İnstitut əməkdaşları təbiətin qoynunda yaddaqalan bir gün keçiriblər.
Paylaş