27/03/2024 14:26 

27 mart-2 aprel – Ümumdünya Autizm Maarifləndirmə Həftəsidir

27 mart-2 aprel - Ümumdünya Autizm Maarifləndirmə Həftəsi ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Aztibb.az İctimai Səhiyyə və İslahatlar Mərkəzinə istinadla bildirir ki, əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizm xəstəliyi 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə üç əlamət - qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya maraq məhdudluğu və təkrarlanan davranış pozuntusu əsasında diaqnoz qoyulur. Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, yaranan problemlərlə müşayiət olunur. Hər il Azərbaycanda da cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər keçirilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası üzrə keçirilən tədbirlərin məqsədi ictimaiyyətin və hökumətin diqqətini autik spektr pozğunluqları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.
Paylaş