01/04/2024 12:03 

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında son sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə AMEA-nın 70 illik yubileyində iştirakı zamanı səsləndirdiyi nitqdən fikirlər təqdim edilib. İkinci və üçüncü səhifələrdə “AMEA-da 27 mart Elm Günü təntənəli şəkildə qeyd olunub” başlıqlı geniş yazı yer alıb. Qəzetdə AMEA prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Elm Günü və Günün elmi: yeniləşmə prosesləri” başlıqlı məqalə, eləcə də Türk Dil Qurumunun rəhbəri, Nobel mükafatçısı və BMT nümayəndələri ilə keçirdiyi görüşlərə dair xəbərlər dərc edilib. Bügünkü sayda AMEA prezidentinin iştirak etdiyi elmi konfranslar, o cümlədən “Milli leksikoqrafiyamızın yeni uğuru: Türk mənşəli arxaizimlər lüğəti” başlıqlı məqalə və digər yazılarla tanış ola bilərsiniz. Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, həmçinin məqalə, müsahibə və son elmi yeniliklərə dair informasiyalar yer alıb.
Paylaş