19/03/2024 12:42 

Polimer Materialları İnstitutunda Elmi şuranın Novruz bayramına həsr olunan iclası keçirilib

19 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Novruz bayramına həsr olunan həsr olunan iclası keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq Novruz bayramı münasibəti ilə iclas iştirakçılarını və onların timsalında bütün əməkdaşları təbrik edib, cansağlığı və işlərində uğurlar arzu edib. Sonra institutun rəhbəri Bəxtiyar Məmmədov Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2024-cü il üçün Dövlət Mükafatlarına işlərin qəbulu ilə əlaqədar məlumat verib. Məsələ müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Paylaş