07/03/2024 10:07 

Polimer Materialları İnstitutunun əməkdaşları təlimdə iştirak ediblər

4-5 mart 2024-cü il tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşklilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən təlim keçirilib. Əsas məqsədi iştirakçılara dünyanın ən böyük elmmetrik bazaları olan “Scopus” və “ScienceDirect”dən istifadə qaydaları barədə zəruri məlumatların çatdırılması olan təlimdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər. Təlimdə elmmetrik bazalarda müəllif profillərinin idarə olunması, tədqiqat işlərinin nəşr olunma prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması kimi mövzular müzakirə olunub. Mövzu ilə bağlı müzakirələr keçirilib, təlim iştirakçılarının sualları cavablandırılıb. Təlimdə Polimer Materialları İnstitutunun Elmi-texniki informasiya və telekommunikasiya şöbəsinin əməkdaşları – elmi işçi Roman Əsədov, tərcüməçi Ülkər İsayeva və kiçik elmi işçi Türkan Verdiyeva iştirak ediblər.
Paylaş