27/09/2023 16:10 Bu gün Azərbaycanda Anım Günü qeyd olunur
Bu gün vətən müharibəsinin başlanmasından 3 il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci ilin sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.
Ali Baş Komandanın uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın qətiyyəti nəticəsində tariximizə qızıl hərflərlə yazılan 44 günlük zəfər tarixi, Azərbaycan Ordusunun qəhrəmanlığının dünyaya səs salması və bunun kimi uğurlu addımlar xalqı ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Hər il olduğu kimi bu il də Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!
Paylaş