21/09/2023 15:41 

Polimer Materialları İnstitutunda Elmi şuranın iclası keçirilib

21 sentyabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib. Sonra Təhsil şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Аlmаz Çələbiyеvа institutda 2023-2024-cü tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri barədə məlumat verib. Daha sonra Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Fatimə Mustafayeva və laboratoriyanın müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun həmmüəllifi olduqları “Polietilen qarışığı əsasında odadavamlı kompozit materiallarının alınması, tədqiqi və emalı” adlı monoq¬rafiya¬nın nəşrə göndərilməsi məsələsi müzakirə edilib. Sonda institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva çıxış edərək institutda 2023-cü ilin 9 ayı ərzində yerinə yetirilən elmi- tədqiqat işlərinin annotasiya hesabatlarının və mühüm nəticələrin hazırlanaraq elmi katibliyə təqdim edilməsi məsələsini iştirakçıların nəzərinə çatdırıb. İclasda gündəlikdə olan digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Paylaş