12/09/2023 13:01 

Münhen Universitetinin alimləri hüceyrələr arasında hərəkət edən mikrorobotlar yaradıblar

Münhen Universitetinin alimləri hüceyrələr arasında hərəkət edən mikrorobotlar yaradıblar Münhen Texniki Universitetinin əməkdaşları hüceyrələr arasında hərəkət edə və onların fəaliyyətinə nəzarət edə bilən dünyada ilk mikrorobotlar hazırlayıblar. Tədqiqatın nəticələri “Advanced Healthcare Materials” jurnalında dərc olunub. Mikrorobotlar “mikrofluidik çiplərdən” hazırlanır, yuvarlaq formaya malikdir və yarım insan saçı ölçüsündədir (30 mikrometr). Onların tərkibində qızıl nanorodlar, flüoresan boya və nəhayət, yosun əsaslı polimer material var. Bu botlar lazerlə idarə olunur və temperaturun dəyişməsi ilə onlara təsir edərək hüceyrə qruplarına keçə bilir. aztibb.az
Paylaş