12/09/2023 13:01 Polimer Materialları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib
12 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Kompozit materialların kimyası və texnologiyası” ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovun 7 sentyabr 2023-cü il tarixli 112 №-li əmri ilə doktorluq imtahanı keçirmək məqsədi ilə institutda imtahan komissiyası yaradılıb.
İddiaçı Günay Nurəliyeva “Kompozit materialların kimyası və texnologiyası” – 2318.01 ixtisas fənni üzrə imtahan verib. İmtahanın nəticəsi imtahan bitdikdən sonra komissiya tərəfindən dərhal elan olunub.
Paylaş